Tanınmış rəssam Mirteymur Məmmədov «Mənim İçərişəhərim» adlı sərgi üzərində işlərini tamamlamaq üzrədir. Təxminən 50-yə yaxın əsərin nümayiş olunacağı bu fərdi sərginin açılışı may ayında planlaşdırılıb.
   Əsərlərin əsas mövzusu - sərginin adından da göründüyü kimi - İçərişəhərdir. Müəllif tablolar vasitəsilə İçərişəhərin ruhunu əks etdirməyə çalışıb.
   Rəssamlıq, keramika və heykəltəraşlıqla məşğul olan Mirteymur Məmmədov eyni zamanda «Mənim İçərişəhərim» adlı kitab da yazır. Burada rəssamın İçərişəhərlə bağlı xatirələri, yaşlılardan eşitdiyi maraqlı əhvalatlar, keçmiş adət-ənənələr və s. yer alıb.
   Kitabın təqdimatı da sərginin açılışı günündə keçiriləcək.