Artıq Mədəniyyət və Turizm Nazirliyinin rayonlarda regional kollegiya iclaslarını keçirməsi ənənəyə çevrilib. Bu iclasların bölgələrdə təşkil edilməsi yerlərdəki mədəni mühitlə yaxından tanış olmaqla yanaşı, həm də nəticə etibarilə səmərəli olur.
   Aprelin 23-də Lənkəran Şəhər İcra Hakimiyyəti binasının akt zalında keçiriləcək iclasda cənub bölgəsinin - Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı və Cəlilabad Rayon Mədəniyyət və Turizm şöbələrinin fəaliyyətinə nəzər salınacaq. Burada mədəniyyət müəssisələrinin maddi-texniki bazalarının möhkəmləndirilməsi, kadr potensialının gücləndirilməsi, indiyə qədər görülmüş işlərin nəticələri, bölgədə mədəni sərvətlərin qorunub saxlanması və təbliğinin icra vəziyyəti müzakirə olunacaq. Eyni zamanda, bölgənin turizm potensialından maksimum istifadə etmək imkanları araşdırılacaq.
   Kollegiya iclasında «Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı» çərçivəsində mədəniyyət və turizmlə bağlı görülmüş işlərin hesabatı dinləniləcək.