İyun ayında Bakıda “Şərq dünyası uşaqların gözü ilə” Beynəlxalq rəsm müsabiqəsi keçiriləcək. Tədbir 2009-cu ildə Bakının İslam Mədəniyyətinin paytaxtı elan olunması ilə bağlı tədbirlər planına uyğun olaraq təşkil olunacaq. Sərgidə istedadlı şagirdlərin əl işləri qiymətləndiriləcək, qaliblərə fəxri fərman və diplomlar təqdim ediləcək.