Demokratiya və iqtisadi inkişaf uğrunda təşkilat - GUAM-ın Katibliyinin rəsmi saytında yerləşdirilən məlumata görə, P.İ.Çaykovski adına Ukrayna Milli Musiqi Akademiyasında GUAM-ın yaranmasının 12 illiyinə həsr olunmuş qəbul və bayram konserti təşkil olunub. Tədbirlərdə GUAM-ın üzvü olan ölkələrin uşaq folklor və rəqs ansamblları - Ukrayna Azərbaycanlıları Konqresinin “Azərbaycan” ansamblı, Gürcüstanın “İberiya” mahnı və rəqs ansamblı, “Mertsişor” (Moldova) folklor ansamblı və Kiyevin Solomensk rayonu Məktəblilər Sarayının xalq rəqsləri kollektivi iştirak ediblər.
   Tədbir Ukrayna XİN-in, Azərbaycan, Moldova, Gürcüstan səfirliklərinin, habelə Gürcüstanın GUAM-dakı daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilib.
   Tədbirlərdə ölkəmizin Ukraynadakı səfiri Tələt Əliyev iştirak edib.