Yanvarın 18-də Nəriman Narimanovun xatirə muzeyinin kollektivi Yasamal rayon 50 saylı orta məktəblə birlikdə 20 Yanvar faciəsinin 20-ci ildönümünə həsr edilmiş tədbir keçirib. «Ölümdən ölümsüzlüyə» adlanan tədbirin keçirilməsində məqsəd şagirdlərə Azərbaycanın azadlığı və suverenliyi uğrundakı mübarizə tarixində 20 Yanvar gecəsində baş verənlərin əhəmiyyətindən danışmaq, o qanlı tarixdə həlak olanların xatirəsini ehtiramla yad etməkdir.
   Tədbirdə 50 saylı orta məktəbin direktoru Firəngiz Həsənova, məktəbin tarix müəllimləri, N.Nərimanovun xatirə muzeyinin elmi işçisi Rəna Qəhrəmanova çıxış ediblər.
   Sonda məktəbin şagirdlərinin ifasında hadisəni əks etdirən bədii kompozisiya nümayiş etdirilib.
   
   RÖYANƏ