18 may Beynəlxalq Muzeylər Günü ilə bağlı Cəlilabad rayonundakı tarix-diyarşünaslıq muzeyində tədbir keçirilib. Qeyd edək ki, Azərbaycanın bir çox bölgələrində olduğu kimi, Cəlilabadda da tarix-diyarşünaslıq muzeyi Heydər Əliyevin respublikamıza rəhbərliyi dövründə fəaliyyətə başlayıb. Muzey 1981-ci ildə böyük öndərin iştirakı ilə açılıb. Beynəlxalq Muzeylər Günü ilə bağlı keçirilən tədbirdə vurğulanıb ki, hər bir Azərbaycan vətəndaşının borcu tarixi keçmişimizə, milli-mənəvi dəyərlərimizə hörmətlə yanaşmaq, mədəni irsimizi qoruyub gələcək nəsillərə çatdırmaqdan ibarətdir. Son illərdə yeni muzeylərin təşkili ilə bağlı ölkə başçısı tərəfindən 7 sərəncamın imzalandığı qeyd olunub. Bu sərəncamlardan biri də Cəlilabad rayonunda tarix-diyarşünaslıq muzeyinin yeni binasının inşası ilə bağlı olub və bina bu yaxınlarda istifadəyə verilib.