İyunun 16-17-də Milli Azərbaycan Tarixi Muzeyində “Azərbaycan tarixinin öyrənilməsində muzeylərin rolu” mövzusunda respublika elmi konfransı keçirilib. Konfransın ikinci günündə “Çağdaş muzeylər: ənənə və müasirliyin vəhdətində”, “Goranboy tarix-diyarşünaslıq muzeyi”, “Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin şəhərə açılan ekspozisiyası”, “Şuşa xalça muzeyinin dünəni və bu günü”, “Azərbaycan tarixində xatirə muzeylərinin rolu” və digər mövzularda məruzələr dinlənilib. Məruzələrdə əsasən Azərbaycanda mövcud olan muzeylərin müasir vəziyyətindən, onların qarşısında duran vəzifələrdən, inkişaf istiqamətlərindən və bu mədəniyyət ocaqlarının problemlərindən bəhs edilib.