İyulun 15-də mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Bakıda və bölgələrdə fəaliyyət göstərən teatr və konsert müəssisələrinin rəhbərləri ilə görüş keçirdi.
   
   M.F.Axundov adına Milli Kitabxanada keçirilən tədbirdə nazir müavini Mədəniyyət və Turizm Nazirliyinin təşkilindən bu günə qədər teatr-konsert müəssisələrinin fəaliyyətindən, görülən işlərdən, əldə olunan uğurlardan və mövcud problemlərdən danışdı. O, geniş və əhatəli çıxışında «Teatr haqqında» Qanunun qəbul olunmasını, “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı"nın təsdiq olunaraq icrasına başlanmasını mühüm hadisə kimi qiymətləndirdi.
   Nazir müavini bu müddətdə teatr və konsert müəssisələrində həyata keçirilən islahatlara toxunaraq yeniliklərin bundan sonra da davam etdiriləcəyini bildirdi. Görüşdə qarşıda duran vəzifələrin icrası ilə bağlı teatr və konsert müəssisələrinin rəhbərlərinə tapşırıqlar verildi.
   
   İntiqam Hacılı