Sentyabrın 14-də AMEA Milli Azərbaycan Tarixi Muzeyində AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu, AMEA Milli Azərbaycan Tarixi Muzeyi, Ağsu arxeoloji ekspedisiyası və "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin birgə təşkilatçılığı ilə Ağsu şəhərində aparılan arxeoloji tədqiqatlara həsr olunmuş konfrans keçiriləcək. Konfransda Azərbaycanın son orta əsr şəhərlərinin öyrənilməsindəki ümumi problemlər müzakirəyə çıxarılacaq. Konfransın tezisləri avqust ayının 25-dək qəbul edilir. Məruzələr konfransdan sonra çap ediləcək.