A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzində ölkəmizin müstəqilliyini bərpa etməsinin 19-cu ildönümü münasibətilə “Azərbaycan deyəndə” adlı ədəbi-bədii kompozisiya keçirilib.
   Tədbirdə mərkəzin direktoru Zivər Əhmədovanın “Müstəqilliyimiz əbədidir” mövzusunda məruzəsi dinlənilib. Məruzədə Azərbaycan xalqının çoxəsrlik dövlətçilik ənənələrindən, dövlət müstəqilliyi uğrunda aparılan mübarizədən və bu mübarizənin yekunu kimi 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nın qəbul edilməsindən danışılıb.
   Natiq müstəqilliyimizin qorunub saxlanmasında və möhkəmləndirilməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərini xüsusi vurğulayıb. Tədbirdə mərkəzin nəzdindəki poeziya teatrının və dram dərnəyinin üzvləri Vətənə, torpağa, azadlığa həsr olunmuş bədii yaradıcılıq nümunələrini ifa ediblər.