Abşeron rayon Mədəniyyət evinin foyesində həvəskar rəssam Elçin Muradovun 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş fərdi sərgisi təşkil olunub.
   
   Tədbirdə çıxış edən Abşeron Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri İlham Manafov rəssam Elçin Muradovun yaradıcılığından danışaraq onu rəssamlıq sənətinin təbliğində fəal iştirakına görə fəxri fərmanla təltif etdi.
   Tanınmış sənətşünas Ziyadxan Əliyev rəssamın müxtəlif janrlarda işlənmiş sənət əsərlərindən söhbət açdı və rəsmlər içərisində Qarabağ mövzusuna geniş yer verildiyini vurğuladı.
   Qeyd olundu ki, həvəskar rəssamın əsərləri respublika sərgisində, Azərbaycan şəhər və rayonlarında keçirilən sərgilərdə nümayiş olunub. Bu yaxınlarda rəssamın üç əsəri Moskva şəhərində MDB rəssamlarının sərgisində nümayiş etdirilib. Rəssamın yaradıcılığında mənzərə, qrafika, portret janrları da geniş yer tutur.
   
   Fərəc Fərəcov