Vaşinqtonda bu mövzuda tədbir keçirilib
   
   Yanvarın 13-də Vaşinqtondakı Con Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz İnstitutunda “Azərbaycan müstəqillikdən sonra” mövzusunda tədbir keçirilib. 
   Tədbirdə Mərkəzi Asiya və Qafqaz İnstitutunun və İpək Yolu Tədqiqat Proqramı Mərkəzinin elmi araşdırmalar üzrə direktoru Svante Kornelin müəllifi olduğu “Azərbaycan müstəqillikdən sonra” kitabı ətrafında fikir mübadiləsi aparılıb. Bundan əlavə, Dağlıq Qarabağ münaqişəsi, ölkəmizdə həyata keçirilən geniş infrastruktur layihələri ilə bağlı məsələlər müzakirə olunub.
   Mərkəzi Asiya və Qafqaz İnstitutunun rəhbəri Frederik Starr da tədbirdə iştirak edib. Xatırladaq ki, Svante Kornelin müəllifi olduğu “Azərbaycan müstəqillikdən sonra” kitabı ötən ay nəşr olunub.