M.S.Ordubadinin ev-muzeyində Xocalı faciəsinin 19-cu ildönümünə həsr olunmuş “Xocalı harayı” adlı tədbir keçirildi. Tədbirdə çıxış edən muzeyin direktoru Lalə Abbaszadə, muzeyin elmi işçisi İradə Vəliyeva Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzi ilə birlikdə təşkil olunan tədbirin əhəmiyyətindən danışdılar. Qeyd olundu ki, Xocalı soyqırımı erməni işğalçılarının azərbaycanlılara qarşı törətdiyi amansız faciədir. Hər bir kəs tarixi həqiqətləri təbliğ etməli, tariximiz unudulmamalı, daha geniş miqyasda təbliğ olunmalıdır. Sonda Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinin dərnək üzvləri Xocalı haqqında şeirlər səsləndirdilər. Tədbir çərçivəsində “Xocalı guşəsi” adlı kitab sərgisinə baxış keçirildi.    

Ceyhun