Azərbaycan xanəndəlik sənətinin görkəmli nümayəndəsi, Xalq artisti Cabbar Qaryağdıoğlunun (1861-1944) anadan olmasının 150 illik yubileyi ilə bağlı daha bir tədbir mayın 14-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində təşkil olunacaq. Cabbar Qaryağdıoğlu milli musiqi tariximizdə böyük iz qoymuş sənətkarlardan biridir. Bütün mənalı həyatını Azərbaycan musiqisinin inkişafına, qorunub saxlanılmasına və yaşadılmasına həsr etmiş görkəmli müğənni 500-dən çox xalq mahnısına yeni musiqi həyatı verib.