Abşeron rayonunun mədəniyyət və turizm müəssisələri uğurla fəaliyyət göstərir

   Abşeron Rayon Mədəniyyət və Turizm Şöbəsinin şəbəkəsində 1 mədəniyyət evi, 10 klub müəssisəsi, 1 mərkəzi kitabxana və onun 16 filialı, 2 uşaq musiqi məktəbi, 3 uşaq incəsənət məktəbi, Heydər Əliyev muzeyi, Tarix-diyarşünaslıq muzeyi, mədəniyyət və istirahət parkı fəaliyyət göstərir... More

Gəncədə yeniyetmə musiqiçilər konsert veriblər

   Gəncədəki uşaq incəsənət məktəbinin kollektivi şəhər sakinləri qarşısında maraqlı konsert proqramı ilə çıxış edib. Müəllim və şagirdlərin ifasında səsləndirilən “Rast” muğam-kompozisiyası, dahi bəstəkar Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından parçalar, sazçalanlar ansam... More

Kürdəmirdə tapılan dəfinənin tarixi dəqiqləşdirildi

   Kürdəmir rayonunda tapılan dəfinənin tarixi məlum olub. XIV əsrə aid olan dəfinə Kürdəmir rayonunun Muradxan kəndində tapılıb. Rayon suvarma sistemləri idarəsinin əməkdaşlarının su kanalını təmizlədiyi zaman tapılan dəfinənain içindən 1134 ədəd gümüş pul çıxıb. Dəmir sikkələrin 15-... More

Tarixi bina bərpa edilir

   Naxçıvan Muxtar Respublikası Elmi-Bərpa İstehsalat İdarəsinin mütəxəssisləri Ordubad şəhərində 17-ci əsrə aid Qeysəriyyə binasını bərpa edirlər. Şərq memarlığı üslubunda inşa edilmiş bu binadan inqilabdan əvvəl məscid, sovet dövründə isə anbar kimi istifadə edilib. Hazırda binada O... More

Qəbələ və Ağsuda arxeoloji qazıntılar davam edir

   Qəbələ ərazisində qədim Qəbələ şəhərinin xarabalıqlarında arxeoloji qazıntı işləri davam etdirilir. Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini Nəcəf Müseyibli bildirib ki, institutun alimləri arxeoloji qazıntı işləri... More

Daşkəsəndə alban məbədi aşkar edilib

   Daşkəsənin Çovdar kəndindən 3 kilometr kənarda, meşəlik ərazidə qədim alban məbədi aşkar edilib. Divar qalıqlarından məlum olur ki, 4-5-ci əsrlərə aid olan bu abidənin ətrafında köməkçi təsərrüfat tikililəri də mövcud olub.    Rayonun Mədəniyyət və Turizm Şöbəsi... More

Tovuzda aparılan arxeoloji qazıntı başa çatıb

     Tovuzda aparılan arxeoloji qazıntı işləri başa çatıb. Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini Nəcəf Müseyibli bildirib ki, rayon ərazisində arxeoloji qazıntı işlərini Azərbaycan və Fransa alimləri apar... More

Samuxda arxeoloji tədqiqatlar

   Samux Rayon Mədəniyyət və Turizm Şöbəsindən verilən məlumata görə, rayonun Siracəddin Ağa ziyarətgahı deyilən ərazisində qazıntı işləri aparılarkən burada qədim şəhərin qalıqları aşkar edilib. Rayon mərkəzindən 35 kilometr aralıda yerləşən həmin əraziyə baxış keçirən ekspertlər bur... More

Gədəbəydə Milli Qurtuluş Gününə həsr olunmuş konsert

   Mədəniyyət və Turizm Nazirliyinin və Gədəbəy Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş konsert keçirildi. Gədəbəy rayon mərkəzindəki mədəniyyət evində gerçəkləşən tədbirdə nazirliyin Dövlət əhəmiyyətli tədbirlərin təşkili və yaradıcı ... More

Kamera Orkestri Gəncədə bayram konserti verəcək

    15 İyun - Milli Qurtuluş Günü ilə əlaqədar Azərbaycan Dövlət Kamera Orkestri Gəncədə böyük bayram konserti verəcək. Bu barədə məlumat verən Gəncə Şəhər Mədəniyyət və Turizm İdarəsinin baş inspektoru Bəxtiyar Muradov deyib ki, Xalq artisti Teymur Göyçayevin rəhbərliyi altında ... More

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar