Çingiz Abdullayev “Birliyin ulduzları” mükafatına layiq görülüb

Azərbaycanın Xalq yazıçısı, Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev 2014-cü ildə humanitar sahədə fəaliyyətinə görə MDB ölkələri Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun “Birliyin ulduzları” mükafatına layiq görülüb. Mükafat Rusiyanın Voronej şəhərində keçirilmiş təntənəli mərasimdə təqdim... Ətraflı

Bakıda Şairlər Günü qeyd edilib

İyunun 5-da Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Yazıçılar Birliyinin (AYB) təşkilatçılığı ilə V Şairlər Gününə həsr edilmiş tədbir keçirilib.Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar əlamətdar günün böyük şair Mikayıl Müşfiqin və Xalq şairi Vaqif Səmədoğlunun doğum günündə keçirildiyini diqq... Ətraflı

“Səməd Vurğun və Aşıq Şəmşir dastanı”

“Elm və təhsil” nəşriyyatında Azərbaycan aşıq poeziyasının görkəmli nümayəndəsi, tanınmış el sənətkarı Aşıq Şəmşirin yaradıcılığı əsasında “Səməd Vurğun və Aşıq Şəmşir dastanı” kitabı işıq üzü görüb. “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyindən bildirilib ki, müxtəlif mətbuat orqanlarında unud... Ətraflı

Argentina yazıçısının əsəri Azərbaycan dilinə tərcümə olunacaq

Argentinanın ölkəmizdəki səfiri Karlos Dante Riva iyunun 8-də Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində olub. Səfir tanınmış Argentina yazıçısı Adolfo Bioy Kasaresin “La invencion de Morel” (“Morelin ixtirası”) kitabını Azərbaycan dilinə tərcümə edilərək nəşr olunması ü... Ətraflı

Oxu, Təb!

Bir halda ki “Kainat olduqca, şeir olacaq”, - bu hikməti bulan da qalacaq!.. Hə, “Şair yeni-yeni sözlər bulacaq” sayaq poetik şamlar yandırıb, SÖZdən estetik kamlar almışımızı deyirəm...Solmaz gülə bənzər alov misraları heç zaman külə varmayası, danışdıqca qurtarmayası nəğməkarımızdan danışıram...So... Ətraflı

Türk dünyasının mütəfəkkir şairi

 Bəxtiyar Vahabzadə - 90 Azərbaycanın Xalq şairi, görkəmli dramaturq, akademik Bəxtiyar Vahabzadə 16 avqust 1925-ci ildə ölkəmizin dilbər guşələrinin birində - dağlar qoynunda yerləşən Şəki şəhərində anadan olmuşdur. Artıq altı ildir ki, böyük şair aramızda yoxdur.Ədəbiyyat tariximizdə çox şair... Ətraflı

Fransa yazıçıları Azərbaycan haqqında əsər yazacaqlar

Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan-Fransa Dostluq Cəmiyyətinin təşəbbüsü ilə Fransanın tanınmış yazıçılarından ibarət nümayəndə heyəti ölkəmizə səfərə gəlib. Layihənin həyata keçirilməsində məqsəd ölkəmiz haqqında əsərlərin yazılması və Fransada kitab şəklində çap olunmasıdır. Kitabların f... Ətraflı

İntiqam Soltanın kitabının imza günü

Bakı Uşaq Teatrının direktoru və bədii rəhbəri, aktyor, rejissor İntiqam Soltanın “Və s. Və s. Və s.” kitabının təqdimatı və imza günü keçirilib. Kitabda cəmiyyətdə rast gəlinən nöqsanlara qarşı müəllifin qırmanclayıcı münasibətini əks etdirən hekayələri, felyetonları, müşahidələri əsasında yazıları... Ətraflı

Yazıçı Afaq Məsud Rusiya akademiyasına üzv seçilib

Əməkdar incəsənət xadimi, yazıçı-tərcüməçi, Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru Afaq Məsud Rusiya-Azərbaycan ədəbi əlaqələrinin möhkəmlənməsi, ədəbiyyatların qarşılıqlı təbliği və tanıdılması istiqamətində göstərdiyi xidmətlərə görə Rusiyanın Pyotr Elm və İncəsənət Akademiyasının ... Ətraflı

“Bu şəhərdə kimsə yoxdur”

Yazıçı Rövşən Abdullaoğlunun “Bu şəhərdə kimsə yoxdur” adlı romanı çapdan çıxıb. Müəllif sayca 20-ci kitabında fərqli bir üsluba müraciət edib. Kitab psixoloji roman üslubunda, gerçək hadisələr fonunda qələmə alınıb. Əsərin qəhrəmanı öz iç aləmini, daxilindəki boşluğu belə ifadə edir: «Bu şəhər insa... Ətraflı