Layihə çərçivəsində növbəti tədbir

Martın 10-da paytaxtdakı Hikmət Nəzərli adına 27 nömrəli orta məktəbdə Azərbaycan İstiqlal Muzeyinin “Torpaq, uğrunda ölən varsa, Vətəndir!” layihəsi çərçivəsində tədbir keçirilib. Tədbir Azərbaycanın Milli Qəhrəmanı Hikmət Nəzərliyə həsr olunub.
Məktəbin müəllim və şagird heyətinin iştirak etdiyi tədbirdə Milli Qəhrəmanın yaxınları, Qarabağ müharibəsi iştirakçıları çıxış ediblər. Çıxışlarda Milli Qəhrəmanın həyat yolundan, torpaqlarımızın azadlığı uğrunda apardığı mübarizədən, Qarabağ savaşında göstərdiyi şücaətdən söz açılıb. Sonda Qarabağ müharibəsinə həsr edilmiş film nümayiş olunub.