Mədəniyyət müəssisələrinin fəaliyyətinin turizm sahəsi ilə əlaqələndirilməsi müzakirə olunub
Mədəniyyət və turizm nazirinin əmrinə əsasən, mədəniyyət müəssisələrinin fəaliyyətinin turizm sahəsi ilə əlaqələndirilməsi məqsədilə yaradılmış nazirliyin məsul əməkdaşlarından ibarət işçi qrup bölgələrdə görüşlər keçirib.
İşçi qrupunun rəhbəri Fuad Nağıyev və qrupun üzvlərindən Namiq Qulamov, Pərviz İsgəndərli, Elnur Hüseynov turizm xidmətlərinin təkmilləşdirilməsi, mədəniyyət müəssisələrinin fəaliyyətinin turizm sahəsi ilə daha da sıx əlaqələndirilməsi, turistlərə təqdim edilən xidmətlərin təhlili və xidmətlərin səviyyəsinin artırılması məqsədilə Şamaxı, İsmayıllı, Qəbələ, Şəki, Oğuz, Qax, Zaqatala və Balakən rayonlarında olublar.
Mədəniyyət müəssisələrinin rəhbərləri ilə görüşlərdə yay turizm mövsümündə turistlərə mədəni xidmətlərin təqdim edilməsi istiqamətində müzakirələr aparılıb və yeni imkanlar araşdırılıb.