Yasamal rayon MKS-nin 3 saylı filialında aprelin 12-də Silahlı Qüvvələrimizə, cəbhədə şücaət göstərən igid hərbiçilərimizə mənəvi dəstək məqsədilə “Şəhidlər ölməz, Vətən bölünməz!” adlı tədbir keçirilib.
Filialın müdiri A.Xudayarova və kitabxana əməkdaşları cəbhə xəttində baş verən hadisələrdən, qəhrəman hərbçilərimizdən söz açıblar. Tədbirdə iştirak edən şagirdlər vətənpərvərlik ruhunda şeirlər söyləyiblər.
Sonra şagirdlər cəbhə xəttində Vətəni qoruyan əsgərlərə məktub yazıblar. Məktublarda oxucuların səmimi duyğuları ifadə olunub.