Mirzə Ələkbər Sabirin Şamaxıdakı ev-muzeyində “Molla Nəsrəddin” jurnalının 110 illiyinə həsr olunan “Sizi deyib gəlmişəm...” mövzusunda dəyirmi masa keçirilib. Muzeyin direktoru Rəqsanə Xəlilzadə jurnalın yaradıcısı Cəlil Məmmədquluzadənin yaradıcılığından söhbət açıb. Qeyd olunub ki, Azərbaycanın ilk satirik jurnalı olan “Molla Nəsrəddin” müəyyən fasilələrlə 1906-cı ildən 1931-ci ilədək nəşr edilib.
Şəhər 1 və 3 saylı tam orta məktəblərin ədəbiyyat müəllimləri Sədilə Şirəliyeva, Tünzalə Hacıyeva və ev-muzeyin bələdçisi Aytəkin Əliyeva çıxış edərək jurnalın bir əsr öncə toxunduğu məsələlərin bu gün də öz aktuallığını itirmədiyini bildiriblər.