Mayın 31-də F.Köçərli adına Respublika Uşaq Kitabxanasının əməkdaşları Nərimanov rayonundakı 183 nömrəli uşaq bağçası ilə birgə UNESCO-nun 2016-2017-ci illər yubiley proqramına daxil edilmiş İmadəddin Nəsiminin vəfatının 600 və Molla Pənah Vaqifin anadan olmasının 300 illiyi ilə əlaqədar “Söz səltənətinin ölməz dahiləri” adlı ədəbi-bədii kompozisiya təşkil edib.
Tədbirdə uşaqların ifasında Nəsiminin qəzəlləri səslənib, S.Vurğunun “Vaqif” dramından Vaqiflə Qacarın qarşılaşması səhnəsi təqdim olunub. Sonda uşaqlara kitabxananın təsis etdiyi “Göy qurşağı” uşaq jurnalı və kitablar hədiyyə edilib.