Hər bir xalqın tarixində müstəqil yaşamaq üçün dönüş, döyüş tarixçələri olub, azadlıq uğrunda öz  canlarından keçən qəhrəman övladları olub. Adlarını tarixin yaddaşına yazan  belə qəhrəmanlar heç zaman əsla unudulmur. 20 Yanvar şəhidləri  də xalqımızın  yaddaşında daim bu sevgi, bu urvatla yaşayacaq.

  Hər il olduğu kimi, bu il də faciənin ildönümü münasibətilə respublikanın bütün hökumət və qeyri-hökumət təşkilatlarında, idarə və müəssisələrində, mədəniyyət ocaqlarında  tədbirlər keçirilir.

Türkiyənin İstanbul Beynəlxalq Qardaşlıq və Yardımlaşma Dərnəyinin Azərbaycandakı nümayəndəliyinin və Azərbaycan Respublikası 20 Yanvar Fondunun  şəhid ailələri ilə görüşü, onlara yardımlar etməsi artıq ənənə halını alıb. Nümayəndəlik 1994-cü ildən bu yana hər il hüzn günü ərəfəsində 20 Yanvar şəhidlərinin ailələrinə ərzaq və digər  yardımları edir, onların dərdinə şərik olmağa çalışır.

Bu ənənəyə sadiq olaraq bu gün  Gəncliyə Yardım Fondunun  konfrans zalında həmin dərnəyin ölkəmizdəki nümayəndəliyi 20 Yanvar şəhid ailələrini bir araya toplayacaq. Bəzi dövlət və  QHT nümayəndələrinin də iştirak edəcəyi tədbirdə 163 şəhid ailəsinə ərzaq-qida yardımı paylanacaq.

Səbinə