Yurmalada “Yeni dalğa-2010” musiqi yarışmasının açılış mərasimi keçirilib. 
   Gənclər arasında keçirilən musiqi yarışmasında Azərbaycanı Dilarə Kazımova və Fəridə Nelsondan ibarət “Milk&Kisses” qrupu təmsil edir.
   Açılış mərasimində bu il də ənənəvi olaraq təmsilçilər plitə üzərində fiqurlar çəkib və hər təmsilçi öz ürək sözlərini yazıb. Bununla da müsabiqə iştirakçıları “Yeni dalğa”nın tarixinə öz adlarını həkk ediblər. Azərbaycan təmsilçiləri plitə üzərində buta və butanın içində Azərbaycanın odlar yurdu olduğunu göstərən üç od təsviri çəkiblər.
   Qeyd edək ki, Yurmalada “Yeni dalğa” musiqi yarışması tanınmış bəstəkarlar İqor Krutoy və Raymond Paulsun təşəbbüsü ilə 2002-ci ildən keçirilir. Müsabiqənin final mərhələsini Timur Rodrigez və Ani Lorak açıblar. Altı gün sürəcək müsabiqə qaliblərinin adları avqustun 1-də elan ediləcək.