Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının IV kurs tələbəsi Fəqan Həsənli Bolqarıstanda keçirilmiş XV klassik musiqilərin gənc ifaçılarının Beynəlxalq müsabiqəsində birinci mükafata layiq görülüb. Azərbaycanlı pianoçuya bu mükafat texniki bacarığı ilə yanaşı, dərin musiqi duyumu və təsirli ifasına görə verilib. Fəqan Həsənli klassik musiqilərin gənc ifaçılarının Beynəlxalq müsabiqəsində birinci mükafata layiq görülən azərbaycanlı pianoçuların ilk beşliyinə daxil olub.