Rusiyanın tanınmış müğənniləri Leonid Aqutin və Anjelika Varumun Azərbaycan paytaxtında verəcəkləri konsertin dəqiq tarixi məlum olub. Rusiyalı sənətçilərin Bakıdakı konserti martın 12-də Heydər Əliyev Sarayının səhnəsində gerçəkləşəcək. Bu, müğənnilərin Azərbaycan tamaşaçısı qarşısında ilk çıxışı deyil. Cütlük bir neçə dəfə Bakı səhnəsində maraqlı proqramla çıxış edib.