İyunun 15-də “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin və Şuşa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Binəqədi rayonunun Rəsulzadə qəsəbəsindəki mədəniyyət və istirahət parkında Qurtuluş Gününə həsr olunmuş bayram konserti keçiriləcək. Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva bildirib ki, konsertdə mədəniyyət və turizm şöbəsinin musiqi kollektivləri - “Şuşa”, “Şuşanın dağları”, “Humay” xalq çalğı alətləri ansamblları, “Qaya” vokal qrupu iştirak edəcək. Tədbirə respublikanın əslən şuşalı olan tanınmış müğənniləri də dəvət olunublar.