Tehrandakı “Baharən” kinoteatrında Azərbaycan və İran aşıqlarının birgə yaradıcılıq gecəsi keçirilib. Gecədə Azərbaycanı Ağamurad İsrafilov və İslam Məmmədov təmsil etmişlər. Onlar Vətəni, doğma yurdu, qəhrəmanlığı tərənnüm edən el mahnıları, aşıq havaları ifa ediblər. Yaradıcılıq gecəsində, həmçinin Aşıq Səlcuq Şahbazinin “El səsi” kitabının təqdimatı olub. Kitabda aşığın “Heydər baba”, “Koroğlu”, “Azərbaycan”, “Mən qurbanam Qarabağa” və s. şeirləri toplanıb.