Heydər Əliyev Fondunun təşkil etdiyi Qəbələ III Beynəlxalq Musiqi Festivalının iştirakçıları avqustun 1-də Habil Əliyev adına Ağdaş şəhər musiqi məktəbində konsert proqramı ilə çıxış ediblər. Konsertdə Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səsləndirilib, xalq mahnıları və təsniflər ifa olunub.
Əməkdar artistlər Gülnaz İsmayılovanın (soprano), Kəmalə Neymanovanın və Murad Adıgözəlzadənin (piano), Azərbaycan Dövlət Musiqili Komediya Teatrının solisti Ramil Qasımovun (tenor) çıxışı alqışlarla qarşılanıb. Sonra xanəndə Rəvanə Ərəbovanı tarda Rövşən Qurbanov, kamançada Ceyhun Muradov və nağarada Amil Mustafayev müşayiət edib.