Rusiya tamaşaçıları sovet kinosunun əfsanəsi sayılan «Baharın 17 anı» teleserialına rəngli variantda baxmağa başlayıblar. «Rossiya» telekanalı mayın 4-dən 8-nə kimi əfsanəvi kinofilmi yeni versiyada nümayiş etdirir. «Birinci kanal» isə mayın 9-da «Döyüşə qocalar gedir» filmini rəngli versiyada göstərəcək. Hər iki film ağ-qara formatda çəkilib. «Rossiya» kanalının baş direktorunun müavini Aleksandr Lübimov bildirib ki, Ştirlis barədə serialın rənglənməsi 3 il çəkib, bu layihə üzərində dünyanın bir neçə ölkəsindən 600-dən çox mütəxəssis çalışıb. Onun sözlərinə görə, bütün işlər filmin rejissoru, bu il 85 yaşı tamam olacaq Tatyana Lioznovanın nəzarəti altında həyata keçirilib: «Biz bütün bu müddət ərzində onunla birgə işləmişik. O, bütün səhnələri, bütün xarakterləri, qəhrəmanları yoxlayıb. Hər şeydən öncə bu əfsanənin lazımsız filmə çevrilməməsi üçün zövqü yoxlayırdı. Çünki sönük art-deko boyalarının hökmranlıq etdiyi 30-40-cı illəri rəngli versiyada verməliydik. Hər səhnənin bir neçə versiyası vardı və biz İsveçrəni, Alp dağlarını, reyxkanselyariyanı, malikanələri necə göstərməyi seçirdik». «Döyüşə qocalar gedir»in yeni versiyasının rejissoru İqor Lopatenok isə bildirib ki, vaxtilə Bıkov filmi rəngli versiyada çəkmək istəsə də, ona rəngli plyonka verməyiblər: «Çünki film traktorçular barədə deyildi. Güman edirəm ki, biz öz işimizlə onun arzusunu yerinə yetirdik».







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar