Aktrisa Mişa Barton şəxsi problemlərinin öhdəsindən müstəqil şəkildə gələ bilmədiyindən məcburi müalicə üçün psixiatrik xəstəxanaya yerləşdirilib. «People» jurnalının məlumatına görə, bu barədə aktrisanın adının çəkilməsini istəməyən dostu bildirib. Mənbə Mişa Bartonun çox ağır vəziyyətdə olduğunu vurğulayıb: «Mən onun zərərli aludəçilikdən xilas olduğuna o qədər də inanmıram. Bu aludəçilik bir dəfə onun başına bəla açıb».
   23 yaşlı aktrisa Los-Ancelesdəki «Cedars-Sinai» tibb mərkəzinə çatdırılıb. Barton hospitala öz istəyinin əleyhinə aparılıb. Belə bir tədbir özünə və ya başqalarına ziyan vura biləcək şəxslərə qarşı görülür. Həkimlər onun vəziyyəti ilə bağlı şərh verməkdən imtina edirlər. Onlar ancaq aktrisanın bir müddət xəstəxanada qalaraq müalicə olunmasının vacibliyini vurğulayırlar.
   Barton 2007-ci ilin dekabrında avtomobili içkili və narkotik vasitə qəbul etmiş şəkildə idarə etdiyinə görə polis tərəfindən saxlanılıb. Yoxlama zamanı onun sürücülük vəsiqəsinin olmadığı da aşkar edilib. Aktrisa 2008-ci ilin aprelində məhkəmə tərəfindən 3 illik sınaq müddətinə məhkum edilib.
   Mişa Barton «Altıncı hiss», «Məktəb prezidentinin qətli» kimi filmlərdə və populyar «Tək ürəklər» teleserialında çəkilib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar