Velosipeddən müntəzəm istifadənin insan ömrünü uzatdığı məlum olub. Hollandiyanın Utrecht Universitetində bununla bağlı aparılan araşdırmada velosipeddən mütəmadi istifadə edən insanların digərlərindən daha çox yaşadığı məlum olub.
Statistik məlumatlara əsasən Hollandiyada həftədə orta hesabla 75 dəqiqə velosiped sürənlərlə bağlı araşdırmada velosipedin insan ömrünü altı ay uzatdığı bildirilib. Velosipeddən istifadənin faydalı olduğu barədə ilk dəfə məlumat əldə edən alimlər bununla bağlı təbliğatın daha geniş aparılmasını tövsiyə ediblər. 17 milyona yaxın əhalisi olan Hollandiya dünyada velosipeddən istifadəyə görə ön sıralardadır. Bu ölkədə 18 milyon velosiped var.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar