Prezident İlham Əliyev fevralın 15-də 2011-ci ilin “Turizm ili” elan edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasında turizmin daha da inkişaf etdirilməsi və turizm fəaliyyəti üçün əlverişli şəraitin yaradılması zərurəti nəzərə alınaraq, turizm ehtiyatlarından səmərəli istifadə olunmaqla zəngin coğrafi landşafta malik ölkəmizin təbiət abidələrinin və eləcə də xalqımızın qədim mədəni-tarixi irsinin geniş miqyasda tanıdılmasını təmin etmək məqsədi ilə 2011-ci il Azərbaycan Respublikasında “Turizm ili” elan edilir.
   Nazirlər Kabinetinə 2011-ci ilin Azərbaycan Respublikasında “Turizm ili” elan edilməsinə dair tədbirlər planını hazırlayıb bir ay müddətində ölkə prezidentinə təqdim etmək tapşırılıb.