Mülki Aviasiya Muzeyində bayram tədbiri
   
   İyunun 2-də Milli Aviasiya Akademiyasının nəzdində fəaliyyət göstərən Azərbaycan Mülki Aviasiya Muzeyində 1 iyun - Beynəlxalq uşaqları müdafiə günü və 2 iyun - Mülki aviasiya işçilərinin peşə bayramına həsr olunmuş “Aviasiya uşaqların gözü ilə” mövzusunda bayram tədbiri keçirilib.
   Tədbiri Mülki Aviasiya Muzeyinin direktoru Firəngiz Hüseynova açaraq iştirakçıları əlamətdar günlər münasibətilə təbrik edib, yetişməkdə olan nəslin vətənpərvərlik ruhunda tərbiyəsində belə mərasimlərin əhəmiyyətini vurğulayıb.
   Akademiyanın prorektoru Şəmsəddin Axundov tədbir iştirakçılarına Milli Aviasiya Akademiyası və Mülki Aviasiya Muzeyinin yaranma tarixi barədə məlumat verib, tədris ocağının rektoru, akademik Arif Paşayevin bu istiqamətdə gördüyü məqsədyönlü işləri xüsusi qeyd edib.
   Bayram tədbirində “Binə” uşaq bağçasının yetirmələri və 187 nömrəli orta məktəbin şagirdləri şeirlər söyləyib, rəqs nömrələri nümayiş etdirib, mahnılar oxuyub, “Ən yaxşı təyyarə rəsmi” müsabiqəsində iştirak ediblər.