29 may - 1 iyun 2013-cü il tarixlərində Bakıda keçiriləcək II Dünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıq çərçivəsində Böyük Britaniyanın Koventri Universitetinin professoru, İctimai Birlik İnstitutunun İcraçı direktoru Mayk Hardi Bakıda səfərdədir. Səfər çərçivəsində M.Hardi Mədəniyyət və Turizm Nazirliyində bir sıra görüşlər keçirib, nazir Əbülfəs Qarayevin qəbulunda da olub. Görüşlərdə Dünya Forumuna hazırlıq, tərəfdaş beynəlxalq qurumlar olan UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası, İSESCO, Şimal-Cənub Mərkəzi və TÜRKSOY təşkilatı tərəfindən həyata keçiriləcək tədbirlər, həmçinin bilavasitə Azərbaycan tərəfindən irəli sürüləcək praktik təşəbbüslər müzakirə edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq göstərişi və himayəsi ilə növbəti forumun yüksək səviyyədə təşkil ediləcəyi bildirilib.






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar