Qəbələ şəhərində müasir üslubda yeni mədəniyyət mərkəzinin inşası uğurla davam etdirilir. Heydər Əliyev parkındakı köhnə mədəniyyət evinin yerində inşa edilən və memarlıq üslubu, daxili tərtibatı, texniki imkanları ilə seçiləcək ikimərtəbəli mədəniyyət mərkəzi yerli əhaliyə və turistlərə xidmət göstərəcək. Artıq binanın hörgü işləri başa çatdırılıb, dam örtüyü quraşdırılıb, qapı və pəncərələri qoyulub, hazırda daxildə rənglənmə və bəzək işləri görülür.
   Mərkəzdə yerli və beynəlxalq tədbirlərin keçirilməsi üçün 900 nəfərlik böyük, 150 nəfərlik kiçik zal, mədəniyyət və turizm şöbəsinin xidməti otaqları da olacaq. Burada xalq teatrı və çalğı alətləri ansamblının, uşaq rəqs kollektivinin, kukla teatrının fəaliyyəti üçün şərait yaradılacaq. Mərkəzdə kompyuter və xarici dil dərnəkləri, elektron idarəetmə və multimedia otaqları, kitabxana fəaliyyət göstərəcək.
   İnşaat işlərinin avqustda başa çatdırılması nəzərdə tutulur.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar