Kənd uşaq bağçasında tamaşa göstərilib

   Astara rayonunun Kakalos kəndindəki mədəniyyət evinin nəzdində fəaliyyət göstərən Şəhriyar adına xalq teatrı yazıçı-dramaturq Fatma Həsənqızının “Meşəmizdə div peyda olub” əsərinin motivləri əsasında tamaşa hazırlayıb. Tamaşa Kakalos kəndi uşaq bağçasında göstərilib.
   Teatrın rəhbəri Fərbiyyə Şabanovanın quruluş verdiyi tamaşa balacalarda böyük maraq doğurub. Tamaşada div rolunu oynayan həvəskar aktyor Rüfət Rzayevin, eləcə də cırtdan və onun dostlarının obrazlarının cəlbedici səhnə təcəssümünü yaratmış məktəblilərin ifası alqışlarla qarşılanıb. Səhnə əsəri balaca izləyicilərin, onların tərbiyəçi-müəllimlərinin, həmçinin valideynlərin yaddaşında silinməz işlər buraxıb.
   
   Əfqan Şəfiyev,
  
   Astara







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar