Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəyi ilə “Naxçıvan Muxtar Respublikası kəhrizlərinin tarixi inkişaf yolu, müasir vəziyyəti və onlardan səmərəli istifadəyə dair təkliflərin hazırlanması” mövzusunda layihə həyata keçirilib.
   
   Naxçıvan Dövlət Universitetinin professoru Əlövsət Quliyevin verdiyi məlumata görə, layihənin məqsədi muxtar respublika ərazisindəki qədim tarixi-memarlıq abidələri olan kəhrizlərin mövcud vəziyyətinin qiymətləndirilməsi, təmirə ehtiyacının müəyyənləşdirilməsi və coğrafi yayılma xəritəsinin tərtibi işlərini yerinə yetirmək olub. Layihə çərçivəsində ilk dəfə olaraq muxtar respublikanın kəhrizlərinin xəritəsi hazırlanıb. Peyk geodeziyası əsasında GPS sistemindən istifadə olunmaqla işlənən xəritənin elektron variantında böyütmə 1:2000 miqyasına qədər olduğundan kəhrizlərin hər bir ətrafını daha dəqiq müşahidə etmək mümkündür.
   Ə.Quliyevin sözlərinə görə, kəhriz sistemlərinin üç ölçülü koordinatlarının alınması və onların xəritələşdirilməsi Azərbaycanda ilk dəfə olaraq Naxçıvanda həyata keçirilib. Elektron variantda hazırlanmış xəritədə kəhrizlərin coğrafi koordinatları verilməklə bərabər, kəhriz üzərində olan tarixi-memarlıq abidələrinin adları da öz əksini tapıb. 

   Ceyhun







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar