Azərbaycanın dahi şairi Nizami Gəncəvi dünya poeziyasına bir-birindən dəyərli söz inciləri bəxş etmişdir. Böyük mütəfəkkirin 870 illik yubileyi ölkəmizin müxtəlif bölgələrində geniş tədbirlərlə qeyd olunur. Prezident İlham Əliyevin “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında” 23 dekabr 2011-ci il tarixli sərəncamına uyğun olaraq Astara rayonunun mədəniyyət və təhsil müəssisələrində də silsilə tədbirlər keçirilməkdədir. Bu günlərdə rayon mərkəzi kitabxanasında “Sönməz günəşin hikmət dəryası” adlı poeziya gecəsi təşkil olunub.
   Tədbiri Astara Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Nazim Fərəməzov açaraq Nizami Gəncəvinin ümumbəşəri mahiyyət daşıyan yaradıcılığından danışıb. Mərkəzi kitabxananın uşaq şöbəsinin müdiri Növrəstə Məmmədova dahi şairin həyat və yaradıcılığı barədə geniş məruzə edib. Astara şəhər 1 saylı tam orta məktəbin müəllimi Zümrüd Ərçəyeva və Astara Pedaqoji Kollecinin müəllimi Xalid Məmmədov mütəfəkkirin poeziyasından söz açıblar.
   Astara şəhər 1 saylı tam orta məktəbin şagirdləri Nizami Gəncəvinin əsərlərindən parçalar, hikmətli sözlərindən nümunələr söyləyiblər.
   
   Natəvan Mədətzadə,
   Astara Rayon Mərkəzi Kitabxanasının əməkdaşı






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar