Noyabrın 14-də Lənkəranın Mərkəzi kitabxanasında Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin və şəhər Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə “Dövlət qulluğunun etik amili” və “Mədəniyyət mərkəzləri və qeyri-maddi mədəni irsin qorunmasının perspektivləri” mövzularında dəyirmi masa keçirilib.
   Şöbənin məsləhətçisi İlqar Əzimov tədbirin mahiyyəti haqqında qısa məlumat verdikdən sonra Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin direktoru, fəlsəfə elmləri doktoru Ramazan Şabanov “Dövlət qulluğunun etik amili” və “Azərbaycan dövlət idarəçiliyində Heydər Əliyev fenomeni” mövzularında məruzə ilə çıxış edib.
   Tədbirdə qeyri-maddi mədəni irsin qorunmasına dair çıxışlar dinlənilib, klub müəssisəsinin rəhbərləri öz fikir və təkliflərini söyləyiblər.    

   Ceyhun