Qax rayon MKS-nin Mərkəzi kitabxanasında “Kompyuter biliklərinə yiyələnək” mövzusunda seminar keçirilib. Dörd gün ərzində kitabxana işçiləri kompyuter proqramları, Mərkəzi kitabxanada qurulmuş İRBİS-64 avtomatlaşdırılmış kitabxana-informasiya sistemi haqqında məlumatlandırılıblar. Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsinin müdiri A.Məhyəddinova, informasiya-resurs şöbəsinin müdiri Ə.İbrahimova, kompyuter mütəxəssisi V.İbrahimov iştirakçıların suallarını cavablandırıblar.