AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin elmi redaktorluğu, akademik İsa Həbibbəylinin elmi məsləhətçiliyi ilə “Qədim Şərur” adlı kitab çapdan çıxıb. Kitabda Şərur rayonunun tarixi, coğrafi mövqeyi, flora və faunası, arxeologiyası əksini tapıb.
   Nəşrdə son illərdə Şərur rayonunun qədim yaşayış yerlərində aparılan arxeoloji qazıntılar zamanı aşkar edilən maddi-mədəniyyət nümunələri müəlliflər tərəfindən elmi cəhətdən təhlil olunur, Şərur ərazisinin qədim türk tayfalarının vətəni olduğu göstərilir. Üç dildə (Azərbaycan, rus, ingilis) işıq üzü görən kitab fotoşəkil və qrafik təsvirlərlə zəngindir.   

   Ceyhun