Füzuli rayonunun Horadiz şəhərində mədəniyyət ocaqları istifadəyə verilib
   
   Prezident İlham Əliyev dekabrın 15-də Füzuli rayonuna səfəri çərçivəsində bir sıra obyektlərin, mədəniyyət, təhsil ocaqlarının açılışında iştirak edib, aparılan quruculuq-abadlıq işləri ilə tanış olub.
   
   Dövlət başçısı Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib. Burada ulu öndərin zəngin dövlətçilik irsinin gələcək nəsillərə çatdırılması üçün elektron kitabxana, ümummilli liderə aid sənədlərin saxlandığı xüsusi guşə var. Mərkəzin xüsusi dizaynla yaradılan 80 və 300 nəfərlik konfrans zalları müxtəlif tədbirlərin keçirilməsi üçün nəzərdə tutulub. Mərkəzdəki xidməti otaqlar kompyuterlər və digər müasir avadanlıqla təchiz olunub. Burada məktəblilərin Azərbaycanın zəngin tarixini dərindən öyrənmələri üçün dərnəklər fəaliyyət göstərəcək.
   Yeni istifadəyə verilən Heydər Parkında əhalinin istirahəti üçün hər cür şərait yaradılıb. Parkda 33 metr hündürlükdə dövlət bayrağı ucaldılıb. Müasir dizaynda inşa olunmuş internet-kafe xüsusilə gənclərin sevimli yeri olacaq.
   Prezident Horadiz Şəhər Mədəniyyət Sarayının yenidənqurmadan sonra açılışında iştirak edib. Mədəniyyət Sarayının ümumi sahəsi 1472 kvadratmetr olan ikimərtəbəli binası yeni görkəmdə şəhərin gözəlliyinə xüsusi çalar qatır. Foyedə ümummilli lider Heydər Əliyevin büstü qoyulub, ulu öndərin və Prezident İlham Əliyevin mədəniyyət və incəsənət sahəsinin inkişafına göstərdikləri qayğını əks etdirən fotolardan ibarət guşə yaradılıb.
   Dövlət başçısı Mədəniyyət Sarayının tamaşa zalı ilə tanış olub. Zalda 135 tamaşaçı yeri var. Sarayın ikinci mərtəbəsində inzibati otaqlar və məşq zalları yaradılıb, rejissor pultu quraşdırılıb. Binanın ikinci mərtəbəsində rəsm qalereyası yaradılıb. Burada Füzuli rayonunda arxeoloji qazıntılar zamanı tapılmış eksponatlar və 2 nömrəli uşaq incəsənət məktəbi şagirdlərinin əl işlərindən ibarət sərgi nümayiş olunur.
   Dövlət başçısı həmçinin Horadiz şəhərində Gənclər Mərkəzinin, 240 şagird yerlik 3 nömrəli tam orta məktəbinin, şahmat məktəbinin, Yeni Azərbaycan Partiyası Füzuli rayon təşkilatının inzibati binasının, Füzuli Su Elektrik Stansiyasının, soyuducu anbar kompleksinin açılışında iştirak edib, Horadiz dəmir yolu vağzalının binasının əsaslı təmirdən sonrakı vəziyyəti ilə tanış olub.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar