Ötən əsrin 60-cı illərində Astara rayonunda nəşr olunan “Sovet Astarası” qəzeti nəzdində yaradılmış “Çeşmələr” ədəbi birliyinin rayonda ədəbi qüvvələrin yetişdirilməsində və ədəbi mühitin formalaşmasında mühüm rolu olub. Təxminən 30 illik fasilədən sonra ədəbi birlik fəaliyyətini bərpa edib.
   Astara Rayon Mərkəzi Kitabxanasında keçirilən təsis yığıncağında çıxış edən Azərbaycan Yazıçılar Birliyinin üzvləri Aqil Yaqub, Mehman Qaraxanoğlu, Faiq Həsənov, İlham İlhami və başqaları “Çeşmələr” ədəbi birliyi üzvlərinin rayonun ictimai-siyasi və mədəni həyatında fəal iştirak etdiklərini diqqətə çatdırıblar.
   Şair Şahverən Cavad “Çeşmələr” ədəbi birliyinin sədri, Faiq Həsənov sədr müavini seçiliblər.