Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin əməkdaşları respublikanın müxtəlif muzeylərində saxlanılan maddi-mədəni irs nümunələrinin bərpa və konservasiyası üçün lazımi tədbirlərin görülməsi, maarifləndirmə və sərgi-seminarların keçirilməsi məqsədilə bölgələrə səfər edirlər.
   
   Mərkəzin bu günlərdə Ucar rayonuna ezam edilmiş əməkdaşları tarix-diyarşünaslıq muzeyində vəziyyətlə tanış olublar. Muzeyin ekspozisiya və fondundan bərpaya ehtiyacı olan əşyaların seçilərək Elmi Bərpa Mərkəzinə gətirilməsi tövsiyə olunub.
   Sonra Heydər Əliyev Mərkəzində sərgi-seminar keçirilib. Tədbirdə Ucar rayonunun, eləcə də Kürdəmir və Ağdaşın mədəniyyət və turizm şöbələrinin nümayəndələri, muzeylərin işçiləri iştirak edib.
   MSXƏEBM-in direktoru Zərifə Məlikova qurumun fəaliyyəti barədə danışıb, nailiyyətləri əks etdirən sənədli film nümayiş olunub. Xalça, tikmə, qrafika nümunələrinin bərpa və konservasiya üsulları barədə məlumatlar seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb.
   Seminar iştirakçıları rayon tarix-diyarşünaslıq muzeyinin toplularından bərpa olunmuş əsərlərdən, onların bərpadan əvvəl və bərpa zamanı vəziyyətlərini əks etdirən fotoşəkillərdən ibarət sərgi ilə tanış olublar. Mərkəzin fəaliyyətini əks etdirən kitabça və bukletlər, eləcə də muzey fond və ekspozisiyalarında eksponatların mühafizəsinə dair məlumat vərəqləri iştirakçılara təqdim edilib.
   Seminarın növbəti günlərində muzey əməkdaşlarını maraqlandıran məsələlər haqqında dəyirmi-masa keçirilib. Mərkəzin əməkdaşları əşyaların mühafizəsi, bərpa və konservasiyası ilə bağlı muzey işçilərini maraqlandıran müxtəlif sualları ətraflı cavablandırıblar.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar