Məlum olduğu kimi, Mədəniyyət və Turizm Nazirliyinin “Xalq Yaradıcılığı Paytaxtları” proqramına əsasən, Zaqatala 2013-cü ildə Azərbaycanın “Folklor paytaxtı” elan edilib. Rayonumuz zəngin folklor mədəniyyətinə malikdir. Qədim xalq havaları, mahnılar qorunaraq nəsillərdən nəsillərə çatdırılmışdır.
   120 min nəfər əhalisi olan Zaqatalada 20-yə yaxın xalqın nümayəndəsi yaşayır. Ulu öndər Heydər Əliyev istər sovet dövründə respublikaya rəhbərlik etdiyi zaman, istərsə də müstəqillik dövründə Azərbaycanda yaşayan azsaylı xalq və millətlərin öz qədim folklor mədəniyyətlərini inkişaf etdirməsinə xüsusi qayğı göstərmişdir.
   Rayonumuzun folklor xəzinəsi də rəngarəngliyi ilə fərqlənir. Tarix-diyarşünaslıq muzeyində rayonun folklor sənətini əks etdirən daimi ekspozisiya yaradılmışdır. Zaqatalaya gələn turistlərə folklor mədəniyyətimiz barədə ətraflı məlumat verilir. Buna misal olaraq rayonun Mədəniyyət evində uzun illər fəaliyyət göstərən “Xalq teatrı”, “Kəndirbazlar” xalq kollektivi, Əliabad qəsəbəsində “Şəbu-hicran” ansamblı, Suvagil kəndində “Ceyranım” xalq kollektivi, Makov kəndində “Hudulki” folklor kollektivi, Yengiyan kəndində “Əfsanə”, Kəpənəkçi kəndində “Lalələr” rəqs qrupları, Çobankol kəndində həvəskar “Pəhləvanlar” qruplarını göstərmək olar.
   Hər bir xalqın zəngin tarixinin və mədəniyyətinin başlanğıcı onun mifologiyası ilə təsdiqlənir. Bu baxımdan Azərbaycan ruhunun ifadəsi kimi zəngin folklor mədəniyyətimizin qorunub saxlanılması və inkişaf etdirilməsində Zaqatala rayonunun rolu böyükdür.
   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiq etdiyi regionların inkişafı üzrə Dövlət Proqramı Zaqatalada da uğurla həyata keçirilir. Eyni zamanda, mədəniyyət müəssisələrinin yenidən qurulmasına və təmirinə, müasir avadanlıqlarla təmin olunmasına xüsusi diqqət yetirilir.
   
   Şuay Xəlilov,
   Zaqatala rayonu Çobankol kənd Mədəniyyət evinin bədii rəhbəri







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar