Ümummilli liderimiz Heydər Əliyevin həyatı, yorulmaz fəaliyyəti və zəngin siyasi irsi muzey işçiləri tərəfindən maraqla öyrənilir və təbliğ edilir. Çünki müdrik rəhbərin ölkəmiz, xalqımız qarşısında xidmətləri ölçüyəgəlməzdir.
   
   Mən isə bu böyük düha sahibinin bilavasitə əmək fəaliyyətimlə bağlı iki sahəyə - tarixi abidələrin qorunması və respublikada muzeylərin yaradılmasına yetirdiyi diqqəti barədə söhbət açmaq istəyirəm.
   1977-ci ildə SSRİ-nin rayonumuzda yerləşən hərbi obyektinə Mingəçevirdən yüksək gərginlikli elektrik xətti çəkilirdi. Xətt qədim Qəbələnin Cənub darvazasının üstündən keçirdi. Bu isə orada arxeoloqların işinə ciddi maneçilik yaradırdı. Tarixçi alimlər işə qarışdıqdan sonra yüksək səviyyədə dövlət komissiyası yaradıldı. Azərbaycan KP MK-nın 17 yanvar 1978-ci il tarixli qərarına müvafiq olaraq elektrik xətti Cənub darvazasından uzaqlaşdırıldı, ətrafdakı çayın kənarına bənd çəkildi, arxeoloji tədqiqatlar genişləndirildi, ən başlıcası, Qəbələ Dövlət-Tarix Mədəniyyət Qoruğu yaradıldı. Ümummilli liderimizin o vaxt qəbul etdiyi bu qərardan sonra respublikamızda tarix və mədəniyyət abidələrinə münasibət yaxşılığa doğru köklü surətdə dəyişdi.
   Azərbaycan KP MK-nın Heydər Əliyevin imzası ilə qəbul etdiyi “Zəhmətkeşlərin kommunist tərbiyəsində respublika muzeylərinin işi haqqında” 4 yanvar 1980-ci il tarixli qərarında hər bir rayonda tarix-diyarşünaslıq muzeyi yaratmaq məsələsi qarşıya qoyulmuşdu. Bu qərarı ilk yerinə yetirən rayonlardan biri də Qəbələ oldu. 1980-ci ilin mayında rayonumuzda tarix-diyarşünaslıq muzeyi açıldı. Bu, Heydər Əliyevin mədəniyyətimizə diqqət və qayğısının nəticəsi idi.
   Ümummilli liderimizin imza atdığı daha bir sənəd “Azərbaycanın görkəmli ədəbiyyat və incəsənət xadimlərinin xatirə muzeylərinin yaradılması” haqqında Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Sovetinin 16 iyun 1976-cı il tarixli qərarıdır. Bu qərarın nəticəsində Azərbaycan realist nəsrinin banilərindən və ilk azərbaycanlı generallardan biri olan böyük həmyerlimiz İsmayıl bəy Qutqaşınlının (1806-1869) xatirə ev-muzeyi yaradıldı və muzeyimizin filialına çevrildi.
   Muzeyimizin daha bir filialı “Şəhidlərin xatirəsi muzeyi” adlanır. Burada Azərbaycanın suverenliyi uğrunda şəhid olanlar, 20 Yanvar qurbanları, Xocalı faciəsi, 31 mart 1918-ci il azərbaycanlıların soyqırımı barədə məlumatlar yer alıb.
   Yeri gəlmişkən, muzeyimiz yeni filialların yaradılması sahəsində fəaliyyətini davam etdirir. Maarifçi yazıçı İbrahim bəy Musabəyovun (1880-1942), Azərbaycanın hüquq və filologiya elmlərinə böyük töhfələr vermiş Vahid və Cahangir Qəhrəmanovların xatirə, Nic qəsəbəsində “Yaloylutəpə mədəniyyəti” muzeylərinin təşkili üçün xeyli əşya toplamışıq.
   İndiyədək bir çox görkəmli insanlar, xarici qonaqlar muzeyimizə baş çəkib, xatirə kitabına ürək sözlərini yazıblar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2005-ci il avqustun 18-də muzeyimizdə olmuş və təəssüratlarını belə ifadə etmişdir: “1980-ci illərin əvvəllərində xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış Qəbələ Diyarşünaslıq Muzeyi, şübhəsiz, öz eksponatları ilə diyarın qədim tarixini əks etdirir. Qəbələ Azərbaycanın qədim torpağıdır, eramızdan əvvəl yazılmış mənbələrdə Qəbələnin adını çəkirlər. Biz öz tarixi və mədəni irsimizə böyük diqqətlə yanaşırıq. Biz öz tariximizi sevməliyik, onu dərindən öyrənməliyik və beynəlxalq ictimaiyyətə təqdim etməliyik. Qəbələ Diyarşünaslıq Muzeyi bu vəzifələri uğurla yerinə yetirir”.
   
   Xalis Məmmədov,
   Qəbələ rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar