30-31 avqust tarixində Türkiyənin Trabzon Dövlət Teatrı Naxçıvanda qastrol səfərində olub. Türkiyənin Naxçıvandakı baş konsulluğunun təşkilatçılığı ilə reallaşan səfərdə yaradıcı heyət Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında yazıçı Uğur Saatçının “Bu da geçer yahu” əsərini teatrsevərlərə təqdim edib.
   Rejissor Barış Erdenkin quruluş verdiyi tamaşa Türkiyə Cümhuriyyətinin dövlətçilik tarixində mühüm yer tutan 30 avqust - Zəfər bayramı münasibətilə nümayiş etdirilib. Səhnə əsərində XX əsrin əvvəllərində İstanbulun müttəfiq Qərb dövlətləri tərəfindən işğalı təsvir edilir. Gözlənilmədən işğalçı ordunun komandanı admiral Qoldhartın yavəri vəzifəsini icra etməyə məcbur olan yüzbaşı Süha yoldaşları ilə çıxardığı satirik bir jurnalda admiralın başını balqabaq şəklində təsvir edir və jurnalın nəşri dayandırılır.
   Əsərdə Sühanın kiçik qardaşı Kamal və onun yoldaşı Falih obrazları da özünəməxsus şəkildə yaradılıb. Anadolu alovlar içində yanarkən bir ovuc insan nələrsə etməyin yolundadır. “Bu da geçer yahu” işğal ağrısı çəkən İstanbulda mübarizə aparan insanların gülüş dolu bir hekayəsidir.
   







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar