Milli Musiqi Günü münasibətilə Ağcabədi şəhərindəki Qarabağ Muğam Mərkəzində bayram mərasimi keçirilib. Tədbir iştirakçıları əvvəlcə Üzeyir Hacıbəylinin büstü önünə çiçək dəstələri düzüb, xatirəsinə ehtiramlarını bildiriblər.
Rayon Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edənlər dahi bəstəkarın çoxşaxəli yaradıcılığından, milli musiqi mədəniyyətinin inkişafında əvəzsiz xidmətlərindən danışıblar.
Bayram tədbirində bəstəkarın əsərləri səsləndirilib. Mahnı və romanslar, “Arşın mal alan”, “O olmasın, bu olsun” operettalarından parçalar tamaşaçıların qəlbində xoş duyğular oyadıb.