Respublikamızın hər yerində olduğu kimi, Tərtər rayonunda da Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib. Rayon Mərkəzləşmiş Kitabxana Sistemində, Mədəniyyət evində, Heydər Əliyev Mərkəzində, Tarix-Diyarşünaslıq Muzeyində, uşaq musiqi məktəbində təşkil olunan tədbirlərdə faciə qurbanlarının xatirəsi yad edilib, ədəbi-bədii kompozisiya göstərilib, şeirlər səslənib.
Fevralın 26-da rayon mərkəzində ucaldılmış abidə önünə gül dəstələri qoyulub, soyqırımı qurbanlarının ruhuna dualar oxunub. Heydər Əliyev Mərkəzində rayon rəhbərliyinin, idarə və təşkilatların, mədəniyyət müəssisələri işçilərinin və Xocalı sakinlərinin iştirakı ilə dəyirmi masa keçirilib.
Mirzə Məmmədov,
Tərtər Rayon Mədəniyyət və Turizm Şöbəsinin məsləhətçisi