Gəncə şəhər Mərkəzi kitabxanasında görkəmli bəstəkar Qəmbər Hüseynlinin 100 illiyinə həsr olunmuş musiqili ədəbi-bədii gecə keçirilib. MKS-nin direktoru Elmira Əliyeva, şəhər Mədəniyyət və Turizm İdarəsinin baş məsləhətçisi Bəxtiyar Muradov bəstəkarın həyat və fəaliyyətindən danışıblar.
Tədbirin bədii hissəsində şəhərdəki 4 və 5 saylı musiqi məktəblərinin şagirdləri sənətkarın bəstələrini səsləndiriblər. Şagirdlər “Cücələrim” mahnısını xorla oxuyublar. Sonda iştirakçılar bəstəkarın həyat və yaradıcılığını əks etdirən slayd və kitab sərgisi ilə tanış olublar.